Sakinlərin körpü problemi ilə bağlı tapşırıq verildi

  • By admin
  • 11 Sentyabr 2019 17:05

11 sentyabrda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Qaragüvəndikli kəndində növbəti səyyar qəbul-görüş keçirib.

 Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul edilib.

Müraciətlər kəndə gedən yolda Boztəpə kanalı üzərindəki keçid körpünün bərpa olunması və kənd ərazisində Sip kabelləşmə işlərinin aparılması barədə çətinliklərin həllinə köməklik göstərilməsi ilə bağlı olub.

İcra başçısı vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verib.

 Gununsesi.org