Bütün dünyanın gözlədiyi xəbər: Şahzadə Çarlz koronavirusa qalib gəldi

  • By admin
  • 30 Mart 2020 17:16

Böyük Britaniya şahzadəsi Çarlz karantindən buraxılıb və özünü yaxşı hiss edir.

Gununsesi.org bildirir ki, “Ria Novosti” bu barədə şahzadənin rəsmi nümayəndəsinə istinadən xəbər verib.

Qeyd edək ki, 71 yaşlı şahzadənin koronavirusa yoluxduğu haqqında məlumat martın 25-də mətbuata sızmışdı.

Koronavirus testlərinin cavabı müsbət çıxan şahzadə karantinə yerləşdirilmişdi.

Hazırda Şahzadə Çarlz Şotlandiyanın Aberdinşir vilayətində yerləşən Birkholl malikanəsində qalır.

Gununsesi.org