Sahildə yarıçılpaq “party” elədilər, həbs olundular - VİDEO

  • By admin
  • 20 May 2020 21:55

Texasda “Cip”lərlə ənənəvi illik yarıçılpaq “party” kütləvi həbslərlə başa çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Pandemiya və bununla əlaqədar məhdudiyyətlərə baxmayaraq, onlarla yarıçılpaq əyləncə həvəskarı ünsiyyət, içmək və oynamaq üçün dəniz sahilinə toplaşıb. Yığıncaqda sosial məsafə, təbii ki, gözlənilməyib və maskalardan istifadə olunmayıb.

Nəticədə, əyləncə həbslə başa çatıb. Belə ki, “party”də iştirak edən 189 nəfər saxlanılıb. Əyləncədə iştirak edənlərin həmçinin narkotik maddələrdən istifadə etdiyi də üzə çıxıb.

Gununsesi.org