Sahil Babayevin rüşvət ittihamı ilə işdən çıxardığı məmur yenidən nazirlikdə

  • By admin
  • 21 Noyabr 2019 18:33
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxardığı məmurlardan birinə – Elşən Tağıyevə bir ay öncə sözügedən nazirlikdə yeni vəzifə verilib.
Bu barədə arqument.az-a verilən məlumatda bildirilir.
“Reytinq” qəzetinin ötən il yaydığı məlumatda isə deyilirdi ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyevin “As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub. Bundan sonra nazir hər iki məmuru işdən uzaqlaşdırıb.
Deyilənə görə, Elşən Tağıyevi işə qaytaran Əmək və Əhalinin Müdafiə Nazirliyində Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Heydərov olub.