Şahdağ qış turizm məkanı MDB məkanında ilk beşliyə düşən turizm obyekti oldu

  • By admin
  • 18 Oktyabr 2016 16:46
xizek
Yay turizmini baş vuranlar artıq qış turizminə ciddi hazırlaşırlar.
Artıq   əksər qış turizminin həvəskarları  istirahət edəcəkləri yerləri müəyyən ediblər.  Qış turizm həvəskarları  bunu daha çox Yeni il ərəfəsində keçriməyə üstünlük verirlər. Necə deyərlər, həm ziyarət, həm ticarət. Yəni, həm  Yeni il qarşılamaq, həm də yaxşı və mənlaı istirahət keçirmək istəyənlər indidən istirahət edəcək yerlərdə otelləri də bron ediblər.
Son illərdə Azərbaycanda da qış turizminə üstünlük verilir.  Qış turizm infrastrukturunun yaradılmasının qısa tarixinin olmasına baxmayaraq, beynəlxalq  aləmdə özünəməxsus yer tutub. Azərbaycanda qış turizmi deyəndə, ilk ağla gələn Qusardakı «Şahdağ» yay-qış turizm kompleksi olur.  Xarici sorğu mərkəzlərinin də keçridiyi  rəy sorğularında Şahdağ qış  turizm məkanı öz populyarlığı ilə seçilməkdədir.  İqtisadi böhran ili olmasına baxmayaraq, yay turizmindən fərqli olaraq, qışda istirahət emtək üçün yetərincə xarici turist Azərbaycan üz tutmaq niyyətindir. Bunu Şahdağadkı otellərin indidən bron edilməsi ilə izah etmək olar.
Gununsesi.info xəbər verir ki, otellərin xidmət axtarışı ilə məşğul RoomGuru.ru  rusiyalıların Yeni ildə  MDB və yaxın xarici  ölkələrdə üstünlük verdiyi populyar qış dağ-xizək kurortlarını  müəyyən edib.
Qış dağ-xizək kurortlarının reytinqi  otellərin və apartmanların Yeni il ərəfəsində  30 dekabr 2016-cı ildən 8 yanvar 2017-ci ilədək bron edilməsi əsasında müəyyən edilib.
Rusiyalı turistlər MDB məkanında  ən çox üstünlük veriyi və populyar hesab etdiyi  dağ-xizək kurortları və snoubordinq kurortları sırasına Azərbaycan, Qazaxstan, Gürcüstan, Qırğızstan, Belarus,  Ukrayna, Özbəkistan və Ermənistandakı kurortlar   daxildir.
TurStat analitik agentliyin məlumatına görə, rusiyalı turistlərin MDB və yaxın xarici ölkələrdəki qış turizm məkanlarına olan  tələbi keçən illə müqayisədə 2016-cı ildə 15 faiz artıb.  2017-ci ildə Yeni ili qarşılamaq üçünsə artıq MDB  məkanında və yaxın xarici ölkələrdəki ilk top onluq qız turizm məkanlarının  siyahısı da müəyyən edilib.  Azərbaycanın Şahdağ qış turim məkanı ilk beşlikdə qərarlaşıb.
İndi sizə  ilk onluqda yer alan qış turizm məkanlarını təqdim edirik.
1.Çimbulak (Almatı, Qazaxstan), $78
2. Qudauri (Tbilisi, Gürcüstan), $65
3. Loqoysk (Minsk,Belarus), $52
4. Şahdağ (Bakı, Azərbaycan), $58
5. Çaxkadzor (İrəvan, Ermənistan), $60
6. Bakuriani (Tbilisi, Gürcüstan), $68
7.Bukavel (Lvov, Ukrayna), $56
8. Çimqan(Daşkənd, Özbəkistan), $48
9. Karakol (Bişkek,Qırğızstan), $50
10. Siliçi(Minsk, Belarus), $52
TurStar Analitik Agentliyi Rusiyadakı dağ qış turizm məkanlarının da reytinini açıqlayıb. 
  Rusiyalılar Yeni il ərəfəsində daha çox  aşağıdakı Roza Xutor (Krasnaya Polyana, Soçi, Krasnodar diyarı), Şereqeş (Kemerovo vilayəti), Dombay(Karaçay-Çerkesiya), Prielbrusye(Kabardin-Balkar), Belokurixa(Altay diyarı), Zavyalixa(Çelyabinsk vilayəti), Abzokovo(Başkiriya), Bolşoy Vudyavr(Murmansk vilayəti), Bobrovıy loq(Krasnoyarsk diyarı),  və Qora Sobolinaya (İrkutsk vilayəti) qış turizm məkanlarnda istirahət etməyə üstünlük veriblər.
Hazırladı Mürtəza
 
Gununsesi.info