Şabranda 56 yaşlı piyadanı avtomobil vurub

  • By admin
  • 24 Noyabr 2016 20:02

img1472241

 

Şabran rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 21 yaşlı Murad Məmmədovun idarə etdiyi 17 BB 995 dövlət nömrə qeydiyyatı nişanlı “Lada Priora” markalı avtomobillə yolu keçən 56 yaşlı rayon sakini Rübabə Şəfaqətovanı vuraraq hadisə yerindən qaçıb. Piyada hadisə yerində dünyasını dəyişib.

M.Məmmədov Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info