Sabiq MTN şefi Eldar Mahmudovun əmisi oğlu istintaqa cəlb olunub - EKSKLÜZİV

  • By admin
  • 27 Aprel 2017 13:25
eldarelcin
Sabiq milli təhlikəsizlik naziri Eldar Mahmudovun   köməkçisi olmuş əmisi oğlu  Vüqar Mahmudov MTN generalının cinayət işi ilə bağlı istintaqa cəlb edilib.
Gununsesi.info-nun  istintaq materiallarından əldə etdiyi məlumata görə, sabiq MTN şefi Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov  MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin cinayət işi ilə bağlı istintaqa cəlb olunub.
V. Mahmudov ibtidai istintaq zamanı dindirilib.
V. Mahmudov həmçinin,  E. Quliyevin və digər şəxslərin cinayət işi ilə bağlı başlanılan məhkəmə prosesi  zamanı qarşıdakı günlərdə dindiriləcək.
Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı başa çataraq, məhkəməyə göndərilib.
E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib.
Gununsesi.info