Sabahdan “Abituriyentlər üçün dərs vaxtı” başlayır – FOTO

  • By admin
  • 15 İyun 2020 22:07
İyunun 16-da “Mədəniyyət” telekanalında “Dərs vaxtı”nın abituriyentlər üçün yayımına start verilir.
Gununsesi.org-un xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, teledərslər bu formatda iyul 17-dək davam edəcək.
Abituriyentlər üçün teledərslərin ilk dərs cədvəli açıqlanıb.
Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək.
Gununsesi.org