Sabah hava necə olacaq?

  • By admin
  • 13 May 2020 13:53

Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Gununsesi.org Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman  olacaq. Mülayim şimal-qərb küləyi   gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 12-15° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz  19-21° isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava, gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18°  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

 

Gununsesi.org