Sabah hava necə olacaq?

  • By admin
  • 01 Fevral 2020 17:57

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.org-a bildirilib ki, fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-4° isti, gündüz  7-9° isti, Bakıda  gecə 2-4° isti, gündüz  7-9° isti olacaq.

Atmosfer  təzyiqi  762 mm civə sütunundan 766 mm civə sütununa  yüksələcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55%  olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5° isti olacaq.

Gununsesi.org