Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

demqazi

 

Sabah Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan Gununsesi.info -ya verilən məlumata görə, noyabrın 29-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Gununsesi.info

 

COMMENTS