“Şəxsən “Taliban”la sülh sazişi imzalamaq niyyətindəyəm” - TRAMP

  • By admin
  • 23 Fevral 2020 20:46
ABŞ Prezidenti Donald Tramp Əfqanıstanda sülhün təmin edilməsi üçün şəxsən “Taliban” Hərəkatı ilə sülh sazişi imzalamaq niyyətində olduğunu bildirib.
Gununsesiaz.info-nun TASS agentliyinə istinadən verdiyi məlumata görə, Hindistana səfərdən öncə jurnalistlərə açıqlama verən D. Tramp deyib ki, “Taliban” artıq döyüşməkdən yorulub.
ABŞ Prezidenti hesab edir ki, Əfqanıstan xalqı ölkədə sülhü təmin edəcək sazişin imzalanmasını istəyir.
Gununsesiaz.info