Səudiyyə Ərəbistanında məscidlər açılacaq

  • By admin
  • 30 May 2020 14:46
Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
Gununsesi.org-un məlumatına görə, bu barədə İslam işləri naziri Abdel Lətif bin Əbdüləziz əl-Şeyx bildirib. Məkkə və Mədinədəki İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Abdel Əziz Əl Səudun xeyir-duası ilə Mədinədəki Peyğəmbər məscidində namazlar bərpa olunur.
Nazirin sözlərinə görə, Məkkədəki Müqəddəs Ocağ istisna olmaqla, bazar günü məscidlər açılacaq. Nazir qeyd edib ki, Mədinədəki Peyğəmbər məscidi də yeni koronavirusla mübarizədən qaynaqlanan məhdudiyyətləri azaltmaq üçün bir proqram çərçivəsində dindarlar üçün qapıları açacaqdır:
“Yoxlamalar zamanı məscidlərimizin hazırlıq işlərini başa vurduğu və əla vəziyyətdə olduğuna da əmin olduq”.
Səudiyyə Ərəbistanı İki Müqəddəs Ocağı işləri üzrə Baş İdarəsinin sərəncamına əsasən, Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdırş. Eyni zamanda ibadət edənlər üçün bütün xalçalar həyətdən çıxarılacaqdır. Məscidül-Həram hələki bağlı qalır.
Gununsesi.org