Sərxoş sürücü qaçarkən daha iki qəza törətdi

  • By admin
  • 15 Fevral 2020 11:54

Gəncə şəhərində qəza törədib hadisə yerindən qaçmaq istəyən sürücü daha sonra da iki qəza törədib. 

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 14-ü saat 20 radələrində baş verib.

Zakir Məmmədov sərxoş halda idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə hərəkətdə olan zaman qarşıdan gələn “Vaz 2106” markalı avtomobillə toqquşub. Bu zaman Z. Məmmədov hadisə yerindən qaçmaq istəyərkən qarşıdakı evin hasarına çırpılıb.

Daha sonra hadisə yerindən uzaqlaşmaq istəyərkən qarşı tərəfdəki piyadını vurub. Nəticədə piyada yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org