Sərt karantin Bakıda tıxaca səbəb oldu – Avtomobil qəzası baş verdi – FOTOLAR+VİDEOLAR

  • By admin
  • 16 İyun 2020 11:58
Azərbaycanın bəzi bölgələrində və paytaxtda tətbiq edilən 54 saatalıq karantin rejimindən sonra Bakı küçələri yenidən avtomobillərlə dolub.
Şəhərin Binəqədi, Yasamal, Nəsimi və digər rayonlarında, eləcə də şəhərə giriş postlarında uzun tıxac növbələri yaranıb. İnsanlar işə gecikmələrlə gedə biliblər.
 

Yollardakı çoxsaylı avtomobillər yüklənmələrə səbəb olub. Artıq paytaxtda günün ilk qəzası da meydana gəlib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, qəza paytaxtın Heydər Əliyev prospekti – mərkəz istiqamətində yolda baş verib.

Nətiədə adıçəkilən istiqamətdə sıxlıq meydana gəlib.

 
 

Gununsesi.org