“Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?” - NİGAR CAMAL OD PÜSKÜRDÜ

  • By admin
  • 01 İyul 2020 16:50

Müğənni Nigar Camalın instaqramda paylaşdığı şəkil müzakirələrə səbəb olub.

Gununsesi.org xəbər verir ki, sənətçinin təyyarədə poza verərək “getdim” şərhini yazması tənqidlə nəticələnib.

Hər kəsdə sərhədlər bağlı olduğu halda Nigarın İngiltərəyə necə getməsi sual doğurub. Daha sonra məlum olub ki, sənətçi həmkarı Eldar Qasımovla birgə çəkiliş üçün təyyarədə olub. O, prosesdən görüntüləri paylaşaraq onu tənqid edənlərə cavab verib:

“Dünən “Londona gedirəm” deyə paylaşım etdim. İnsanların reaksiyası maraqlı idi… Baxıram ki, ciddi-ciddi məni  “yuyub-sərirlər”. Sərhədlər bağlıdırsa, necə Londona gedə bilərəm?”

 

 

Gununsesi.org