“Sən demə, “Azəriqaz” rəhbərliyi “islahat” adı altında öz yaxınları üçün iş yeri açırmış” - EYYUB HÜSEYNOV

  • By admin
  • 28 Mart 2017 14:00
eyyub
Son günlərdə SOCAR-ın “Azəriqaz” İstehlak Birliyi  mütəmadi olaraq, heç bir xəbərdarlıq etmədən  istehlakçılara qaz verilişini kəsir. Bu hallar xüsusən də Bakıətrafı qəsəbələrdə  müşahidə olunur. Hətta, elə qəsəbələr olub ki, Novruz bayramı günlərdində də onlara günlərlə qaz verilişi kəsilib.
Buna misal olaraq Sulutəpə, Hökməli, Qobu, Xırdalan ətrafı yaşayış məntəqlərində belə hallar baş verib.  Yəni, “Azəriqaz”İB istehlakçının hüququnu kobud surətdə pozub və heç bir əsassız qaz verilişini dayandırıb. Yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədi ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik.  
 
E. Hüseynov da  Gununsesi.info-ya açıqlamasında deyib ki, SOCAR  monopolist bir təşkilat kimi istehlakçı qarşısında  öhdəliyi olduğu üçün onun  hüquqlarını pozduğuna görə, məsuliyyət daşıyır.
“Çünki SOCAR istehlakçı qarşısında keyfiyyətli və fasiləsiz  qazla təmin etmək barədə öhdəlik götürüb. Qanunvericilik təchizatçının üzərinə öhdəlik qoyur və “Azəriqaz” da bu öhdəliyi kobud surətdə  pozur”- deyə, E. Hüseynov vurğulayıb.
O, əlavə edib ki, bir zamanlar “Azəriqaz” SOCAR-a birləşdirəndə istehlakçının  keyfiyyətli və fasiləsiz qazla təminatı məsələsində böyük ümidlər var idi, ancaq  bu ümidlər puça çıxdı və hər şey əksinə oldu.
“İlk olaraq onu deyim ki, “Azəriqaz” Abşeron və Bakının müxtəlif yerlərinə müxtəlif keyfiyyətli qaz verməklə məşğuldur. Elə yer var orada qazın təzyiqi və keyfiyyəti normaldır. Elə yer var ki, orada nə qazın təzyiqi var, nə də ki, keyfiyyəti. Sadəcə, havadır”- deyə, o, bildirib.
E. Hüseynov deyib  ki, bu gün  “Azəriqaz” istədiyi vaxt  qazı kəsir, istədiyi vaxt verir. Bu da  nəticədə ciddi təhlükələrə və problemlərə yol açır:
“Azəriqaz” isə buna əhəmiyyət vermir. Biz bu günə kimi məhkəmə proseslərində “Azəriqaz”-ın  günahkar olduğunun şahidi olmamışıq. Bütün hallarda istehlakçı günahkar sayılıb. İstehlakçının hüquqları ayaqlar altına atılıb.  Bu isə anormal haldır. Bu, istehlakçının hüquqlarının kobud surətdə pozulmasıdır ki, “Azəriqaz” buna görə məsuliyyət daşıyır. Çünki “Azəriqaz”-la  istehlakçı arasında imzalana müqavilədə şərtlər birtərəflidir.
rovnaq-1
Yəni, “Azəriqaz”hər hansı  keyfiyyətsiz xidmətət görə, üzərinə hər hansı məsuliyyət götürmür. Müqaviləyə əsasən bütün məsuliyyət istehlakçının üzərinə düşür. Ona görə də baş verən qəza və partlayışlarda istehlakçı günhakardır. Biz bunun məhkəmə proseslərində də şahidi olmuşuq”- deyə, o, bildirib.
 O, bildirib ki, hansısa qəza və partlayış baş verəndə  ya istehlakçı günhakar olur, ya da qaz cihazlarının keyfiyyətə uyğun olmadığı bildirilir:
“Ancaq onu deyim ki, bütün qaz cihazları, hətta, İrandan gətirilən qaz sobaları belə standartlara uyğundur. Sadəcə, “Azəriqaz” istehlakçını normal və keyfiyyətli qazla təmin etmədiyindən, istehlakçı məcburən bu cihazlara müdaxilə edir. Və nəitcədə yenə də istehlakçı günahkar olur”.
 
Azad İstehlakçılar Birliyinin rəhbəri onu da bildirib ki, “Azəriqaz”-da islahatlar gedəndə çox sevindik, ancaq sevincimiz çox çəkmədi:
“Biz gözləyirdik ki, işi bacaranlar və profesionallar işə götürüləcək. Ancaq hər şey tərsinə baş verdi. Belə ki, islahatlar nəticəsində “Azəriqaz”-da çalışan, yəni, az-çox olan professional da işdən çıxarıldı və onların yerinə qurumun rəhbərliyi öz yaxın qohum-əqrəbasını işə götürdü. Sən demə, “Azəriqaz” rəhbərliyi  “islahat” adı altında öz yaxınları üçün iş yeri açırmış”.
E.Hüseynov istehlakçının qazının mütəmadi kəsilməsinə gəldikdə isə bildirib ki, “Azəriqaz” bu yolla itkilərini ört-basdır etmək istəyir:
qaz1
“Yəni,  “Azəriqaz” istehlakçının hüququnu kobud surətdə pozaraq,  qazı kəsir və itkilərin qarşısını bu yolla ört-basdır edir”.
E.Hüseynov sonda onu da əlavə edib ki, əslində, “Azəriqaz”  bu fəaliyyəti ilə ölkə başçısının istehlakçıların hüquqlarının təmin olunması istiqamətində həyata keçirdiyi siyasətin səmərəsini azaldır.
azeriqaz
Mürtəza
Gununsesi.info