Şəmsi Rəhimovun nəvəsi aeroportda saxlanıldı

  • By admin
  • 16 Mart 2020 20:48

Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin keçmiş rəisi Şəmsi Rəhimovun nəvəsi polis tərəfindən həbs edilib. 

Gununsesiaz.info-nun məlumatına görə, 1982-ci il təvəllüdlü Rəhimov Eldar Arif oğlu 12 mart 2020-ci il tarixdə Kiyev-Bakı reysi ilə Azəırbaycana gələrkən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunaraq Bakı şəhərində yerləşən polis idarələrindən birinə gətirilib.

2 sutka orada saxlanıldıqdan sonra isə azadlığa buraxılıb. Xəbərə görə onun barəsində şikayət olub və barəsində ölkədən girişinə – çıxışına stop qoyulub.

Qeyd edək ki, Eldar Rəhimov mərhum Şəmsi Rəhimovun oğul nəvəsidir, Yasamal rayonunda yaşayır. Ailəlidir, 1 övladı var.

Araşdırmalarımız zamanı məlum oldu ki, Eldar Rəhimov avtomobillərin alqı-satqısı ilə məşğul olub. 3 il öncə isə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində dələduzluq maddəsi ilə cinayət işi olub, ancaq istintaq müddətində zərərçəkmişlə barışdığına görə cinayət işinə xitam verilib.

Xatırladaq ki, Eldar Rəhimovun babası Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Rəhimov Şəmsi Nuru oğlu 29 sentyabr 1994-cü ildə 70 yaşında sui-qəsd nəticəsində qətlə yetirilib.

 

 

Gununsesiaz.info