Şəmkirdə kütləvi dava oldu, 2 nəfər bıçaqlandı

  • By admin
  • 05 Dekabr 2016 09:57

Bicaqlama

Şəmkirdə kütləvi dava olub.

Gununsesi.info məlumat verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Dava zamanı iki nəfər qəsəbə sakini, 1981-ci il təvəllüdlü Zamik Hüseynov döş qəfəsindən və 1984-cü il təvəllüdlü Şəmsi Bağırov isə bel nahiyəsindən bıçaqlanaraq Şəmkir rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin Kür qəsəbə polis bölməsində araşdırma aparılır.

Gununsesi.info