Şəmkir sakini Gədəbəydə qəzada öldü

  • By admin
  • 04 Fevral 2020 16:14

Gədəbəy rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, qəza fevralın 3-də saat 12 radələrində qeydə alınıb.

Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.org