Səməd Seyidov: “3500 nəfər məhbusluqdan azad olunacaq” - AÇIQLAMA

  • By admin
  • 01 İyun 2016 16:30

Samad Seyidov

“İnsan haqları üzrə Birgə işçi Qrupu fəaliyyətini bundan sonra da davam etdirməli və ölkədə insan haqları və demokratiya sahəsində öz töhfəsini verməlidir”.

 

Gununsesi. info xəbər verir ki, iyunun 1-də Milli Məclisdə İnsan haqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib. Səməd Seyidovun sədrliyi ilə keçrilən iclasda ölkədki insan haqlarının vəziyəti, qrumun təşkilati məsələləri və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. S. Seyidov deyib ki, İşçi Qrup fəaliyyəti dövründə ciddi fəaliyyət göstərib və bu dövr ərzində qruma daxil olan ərizə, müraciət və şikayətlər diqqətlə təhlil edilib. “Məhz bunun nəticəsində ölkə başçısı əfv fərmanı imzalayıb. Təkcə onu deyə bilərəm ki, bir il ərzində ölkə başçısı tərəfindən imzalanan əfv sərəncamları nəticəsində 459 nəfər azad olunub. Bundan əlavə olaraq, bu günlərdə H. Əliyev Fodunun prezidenti Mehriban əliyevanın təşəbbüssü ilə Milli Məclis Amnistiya aktı haqqında sənədi təsdiq edib. Bu Amnistiya aktı on min insana şamil olunub. Təkcə bu Amnistiya aktı nəticəsində 3500 nəfər məhbusluqdan azad olunacaq. Bununla yanaşı məhkəmlərin qərarı ilə bir sıra şəxslərin azad olunması barədə qərar şıxarılıb”, – deyə S. Seyidov vurğulayıb.

 

Onun sölərinə görə, bütün bunlar göstərir ki, İşçi Qrup böyük işlər görüb. “Biz bu işləri Azərbaycanda ölkə başçısı tərəfindən insan haqları, demokratiya sahəsində həyata keçirdiyi siyasətin nəticəsi kimi dəyərləndirə bilərik. Bu bir daha sübut edir ki, insan haqları sahəsində İQ-nin rolu əvəzsizdir. Ona görə də qurum fəaliyyətini bundan sonda daha təkmil və effektli formada davam etdirməlidir. Bildiyiniz kimi bir sıra qüvvələr Azərbaycanı məhz insan haqları sahəsində vəziyyətə görə tənqid edirlər. Ancaq son əfv fərmanları, amnistiya aktı, məhkəmə qararları bu təzyiq vasitəsini əllərindən alıb. Bunu mən bir daha AŞ-nın son Monitorinq və Daimi Bürsounun iclasındaşahidi oldum. Orada çıxış edənlərin hamısı Azərbaycanın insan haqları və demokratiya istiqamətində həyata keçridiyi siyasəti təqdir edir və bunu uğurlu bir addıma hesab edirdilər”.

 

Prezident Administrasiyasının təmsilçisi Çingiz Əsgərov da İşçi Qrupun fəaliyətini faydalı hesab edir.