Şəkidə elektrik cərəyanının vurduğu usta öldü

  • By admin
  • 06 İyul 2020 21:06

Şəkidə evin dam örtüyünü quraşdıran ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 19 radələrində Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində baş verib.

Fərdi yaşayış evinin dam örtüyünü quraşdıran usta, Şəki şəhər sakini Nəriman Mustafayevi ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. N. Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

 

Gununsesi.org