Şəki və Xızıda baş vermiş yanğın söndürüldü

  • By admin
  • 24 Avqust 2019 11:14

Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.org-a verilən məlumata görə, 200 ha sahədə kol-kos və quru ot yanıb.

Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org