Səhiyyə naziri karantini pozdu, insanları qəzəbləndirdi və vəzifələrindən azad edildi 

  • By admin
  • 07 Aprel 2020 17:41

Yeni Zelandiyanın səhiyyə naziri David Klark ümummilli karantin qaydalarını pozaraq çimərliyə getdiyinə görə vəzifəsi aşağı salınıb.

Gununsesi.org bildirir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Yeni Zelandiyanın Baş naziri Cakinda Ardern faktla bağlı açıqlama verərkən deyib ki, səhiyyə naziri izolyasiya zamanı çimərliyə gedib və bundan sonra istefasını təklif edib:

“Normal şəraitdə mən düşünmədən səhiyyə nazirini vəzifəsindən azad edərdim. Onun etdiyi səhvdir və buna heç cür haqq qazandırmaq mümkün deyil. Ancaq indi bizim prioritet məsələmiz COVID-19-a qarşı kollektiv mübarizədir. Bu səbəbdən və yalnız bunu görə, doktor Clark öz mövqeyini qoruyacaq”.

Baş nazir əlavə edib ki, işdən azad edilməsə də, Klark maliyyə nazirinin müavini və kabinet üzvlüyündən azad ediləcək

Klark özü isə açıqlamasında deyib ki, onun ailəsi ilə həftəsonu çimərliyə getməsi karantin qaydalarının pozulması idi:

“Bu hərəkət izolyasiya prinsiplərinin açıq şəkildə pozulması idi – evdə qalmaq və uzun məsafə qət edib istirahətə getməmək lazım idi.

Yeni Zelandiyalıların belə tarixi çətin dövründə, qurbanlar verdiyi zaman komandadan ayrıldım. Mən axmaqlıq etdim və insanların niyə mənə qəzəbləndiyini başa düşürəm”.

Qeyd edək ki, son məlumatlara görə, Yeni Zelandiyada  1.160 koronavirus daşıyıcısı qeydə alınıb, 1 nəfər isə ölüb.

Gununsesi.org