“Səbail” – “Keşlə” oyunu heç-heçə başa çatdı

  • By admin
  • 02 Noyabr 2019 19:35

Noyabrın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

Gununsesi.org-un məlumatına görə, “ASCO Arena”da “Səbail” və “Keşlə” komandalarının üz-üzə gəldiyi görüşdə qapılara top vurulmayıb.

Tura noyabrın 3-də keçiriləcək “Zirə” – “Sumqayıt” və “Qəbələ” – “Sabah” görüşləri ilə yekun vurulacaq.

 

Gununsesi.org