Şəmkirdə faciə: avtomobil 9 yaşlı uşağı vurub öldürdü

Şəmkirdə faciə: avtomobil 9 yaşlı uşağı  vurub öldürdü

Şəmkirdə avtomobil qəzası oloub. 

Gununsesi.org-un xəbərinə görə, yol qəzası Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisində yaşanıb.

Kənd sakini 2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS