Səməd Səmədov ara mahnıları hesabına məşhurlaşdığını etiraf etdi- VİDEO

Səməd Səmədov ara mahnıları hesabına məşhurlaşdığını etiraf etdi

semed

Xalq artisti Səməd Səmədov yaradıcılığı ilə bağlı maraqlı açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, ara mahnıları onu məşhurlaşdırıb:

“Neçə illər Faiq Sücəddinov, Eldar Mansurov, Eldar Mansurov, Xanım İsmayılqızı, Nadir Əzimov, Siruz Abbasbəyli, Novruz Aslan kimi tanınmışların mahnılarını oxudum və o zamana qədər məni 50 faiz insanlar tanıdı. Daha sonra “Nazlı-nazlı yarım” adlı bir ara mahnısı oxudum, məni 100 faiz insanlar tanıdı. Bir sözlə ara mahnısı məni Azərbaycana sevdirdi. Mahnını da Biləsuvarlı Xan Hüseyn yazmışdı”.

Gununsesi.info

COMMENTS