“Rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir” – İlham Əliyev (VİDEO)

  • By admin
  • 21 May 2020 17:05

“Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır”.

Gununsesi.org xəbər verir ki, bu fikirləri ölkə başçısı İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. İctimai nəzarətin xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amil olduğunu vurğulayan Prezident deyib: “Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir”.

 

 

Gununsesi.org