Rüstəm Usubovun avtoqəzaya düşən bacısı vəfat etdi

  • By admin
  • 24 May 2020 11:00

 

Bir neçə gün əvvəl Gəncə şəhərində yol-nəqliyyat qəzası nəticəsində ağır xəsarət alan Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısı Səidə Novruzova vəfat edib.

Bu barədə Gununsesi.org-a adıçəkilən ailəyə yaxın mənbədən bildirilib.

Mərkəzi Klinik Xəstəxananın Gəncədəki Korpusuna yerləşdirilən Səidə Novruzova bir neçə gün koma vəziyyətində qalıb.

Onu da qeyd edək ki, Səidə Novruzovanın qızı da eyni qəzada yaralanıb. Onun həyatı təhlükəsi yoxdur.

Allah rəhmət eləsin!