Rusiyanın Udmurtiya Respublikasının rəhbəridə koronavirusa yoluxdu

  • By admin
  • 27 May 2020 20:48

Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov koronavirusa yoluxub.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, bu barədə regionun operativ qərargahının məlumatında deyilir. Bildirilir ki, Breçalovun Covid-19 testinin nəticəsi pozitiv çıxıb. O, hazırda özünütəcrid rejimindədir.

Aleksandr Breçalovun sözlərinə görə isə, o, mayın 21-dən sonra virusa yoluxub.

 

 

Gununsesi.org