Rusiyanın bu vilayətinin qadınları əsasən azərbaycanlı kişilərlə evlənirlər

  • By admin
  • 15 Fevral 2020 09:47

Rusiyanın Kemerovo vilayətində yerli qadınlar daha çox azərbaycanlı kişilərlə ailə qururlar.

Gununsesi.org xəbər verir ki, bu barədə Sibdepo.ru məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən il ərzində 16140 nikahın 519-u xarici vətəndaşlarla bağlanıb.

Onlardan 88-i azərbaycanlılardır.

Yerli qadınların evləndikləri digər əcnəbilər – Tacikistan, Qazaxıstan, Özbəkistan, Ukrayna və başqa dövlətlərin vətəndaşlarıdır.

Gununsesi.org