Rusiyanın altı uzaq bombardımançısı Suriyada İŞİD-ə zərbə endirib

  • By admin
  • 21 Yanvar 2017 19:37

8176d962-05ad-47d8-83e3-d319f6d71fa9_292

 

Rusiyanın “Tu-22M3” tipli altı uzaq bombardımançısı Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD terrorçularının obyektlərinə qrup şəklində aviasiya zərbəsi endirib.

Gununsesi.info RNS-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın  Müdafiə Nazirliyi  məlumat yayıb.

“Hədəf quldur dəstələrinin baza düşərgələri, silah-sursat anbarları, zirehli texnika və canlı qüvvələrinin toplaşma yeri olub”, – deyə məlumatda bildirilir.

Obyektiv nəzarət məlumatları ilə bütün nəzərdə tutulan hədəflərin uğurla məhv edildiyi təsdiqlənib.

 

Gununsesi.info