Rusiyanı “yırtıcı” adlandıran “Quduz köpək” ABŞ-ın müdafiə naziri olacaq

  • By admin
  • 02 Dekabr 2016 09:29

quduz-kopak

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.

Gununsesi.info-nun “CBS News”a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.

“Biz “Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”- deyə, Tramp bildirib.

O, Mettisin dahi generallardan biri olduğunu bildirib.  Tramp Ceyms Mettisi  Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.

Qeyd edək ki, Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.

“Quduz köpək” dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb.

Gununsesi.info