Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib

  • By admin
  • 16 Fevral 2020 20:09

Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil vəfat edib.

Gununsesi.org xəbər verir ki, APA nın Moskva müxbirinin verdiyi məlumata görə , bu gün Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü  Nizami Bəşirov uzun sürən xəstəlikdən sonra  dünyasını dəyişib.

1968-ci il təvəllüdlü Nizami Yaşar oğlu Bəşirov Rusiyadakı azərbaycanlıların ictimai-siyasi həyatında aktiv iştirak edib. Vəkillik fəaliyyəti ilə məşğul olan Nizami Bəşirov Moskvanın Bəşirov və tərəfdaşları vəkillər kollegiyasına rəhbərlik edib.

Gununsesi.org