Rusiyada terror həyəcanı

Rusiyada terror həyəcanı

heyacan
Moskvanın 3 dəmir yolu vağzalında bomba xəbərdarlığı ilə əlaqədar sərnişinlər təxliyə olunub.
Gununsesi.info Türkiyənin “ Akşam ” qəzetinə istinadən verdiyi xəbərə görə, 3 min sərnişin vağzallara bomba qoyulması ilə bağlı gələn anonim zəngdən sonra oradan çıxarılıb. Anonim zəng bu gün günorta saatlarında daxil olub. Hüquq-mühafizə orqanları vağzalı tamamilə boşaldıblar.
Məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Kazan, Yaroslavsk və Leninqrad vağzallarında xüsusi təlim görmüş itlər köməyilə axtarış işlərinə start veriblər.

Anar

Gununsesi.info

COMMENTS