Rusiyada siyasi narahatlıq: “Bütün qərb ərazisi Ukrayna, Belarus, Gürcüstan və Ermənistan Qərbə doğru yönələcək və antirus… - Partiya sədri

  • By admin
  • 06 Fevral 2020 17:11

Postsovet məkanında olan bütün Avropa ölkələrindən yalnız Azərbaycan Rusiyadan Qərbə üz çevirməyəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirnovski jurnalistlərə açıqlama verib.

O, Belarus və ABŞ arasındakı cari danışıqları şərh edərkən postsovet ölkələrinin məkanlarının taleyi barədə danışıb:

“Gördüyünüz kimi tədricən (Lukaşenko Qərbə doğru) yönələcək. Qoy bu Ukraynanın deyil, Baltikyanı ölkələrin üsulu olsun”.

Onun sözlərinə görə, bu hal Rusiyanın digər qərb qonşuları ilə də baş verəcək.

“Bütün qərb ərazisi – üç Baltikyanı dövlət, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan tədricən Qərbə doğru yönələcək və antirus plasdarmına çevriləcəklər”, – deyə V.Jirinovski əminliklə bildirib.

İstisna hal yalnız rəhbərliyinə görə, Azərbaycanda olacaq.

“Azərbaycan qarşı çıxa bilər. Onun ölkə başçısı digər keçmiş sovet ölkələrinin başçılarından daha müdrikdir”, – deyə siyasətçi vurğulayıb.

Xəbər oxu.az saytında dərc edilib.

Gununsesi.org