Rusiyada sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı - FOTO

  • By admin
  • 14 Fevral 2020 09:46

Şimali Osetiyada sabiq prokuror İqor Çeldiyevin şəhərkənarı torpaq sahəsində qadın meyiti aşkarlanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, tapılan meyidin sabiq prokurorun bir ay əvvəl itkin düşən arvadı İrina Bojdenkoya aid olduğu müəyyən olunub. 45 yaşlı qadın itdikdən sonra onun bacısı polisə müraciət edib. İlkin axtarışlar nəticəsiz olub.

İ.Çeldiyevin evinə gedən hüquq mühafizəçilərinin diqqətini həyətyanı sahədə ümumi landşaftdan qabaran təpə cəlb edib. Sabiq prokuror etiraf edib ki, İrinanı orada basdırıb.

O deyib ki, aralarında mübahisə yaranıb və bundan sonra qadının başından vurub.

İ.Çeldiyev qadının meyidini ərazidə zibillərin arasında basdırıb. Cəsəddə kəllə travması aşkarlanıb.

İ.Çeldiyev saxlanılıb. Onun barəsində cinayət işi açılıb.