Rusiyada sərnişin təyyarəsi təcili eniş etdi – 58 sənişin…

  • By admin
  • 12 Mart 2020 10:01

Rusiyanın Kemerovo vilayətində təyyarə təcili eniş edib.

Gununsesi.org bildirir ki, MK-nın xəbərinə görə, S7 aviaşirkətinin İrkutsk vilayətindən Moskvaya uçan təyyarəsi Kemerovoda təcili eniş etməyə məcbur olub.

Təyyarə havaya qalxandan yarım saat sonra 58 yaşlı sərnişinin vəziyyəti pisləşib.

Hava gəmisində olan həkim ürəyində narahatlıq yaranan sərnişinə ilk yardım göstərib və təcili eniş zərurəti barədə xəbər verib.

Gununsesi.org