Rusiyada səs-küylü həbs: Deputat 270 milyonluq 3 torpaq sahəsini mənimsədiyinə görə həbs edildi –Hüquq öz sözünü dedi

Rusiyada səs-küylü həbs: Deputat 270 milyonluq 3 torpaq sahəsini  mənimsədiyinə görə həbs edildi –

Mahaçqala şəhər məclisinin deputatı bir tanışı ilə birlikdə 270 milyon rubldan çox dəyəri olan bələdiyyə və federal torpaq sahəsini ələ keçirməyə cəhd etdiyinə görə məhkəmədə cavab verəcək.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, məlumatı Rusiya Federal İstintaq İdarəsinin Dağıstan şöbəsinin mətbuat xidməti yayıb. İstintaq məlumatlarına görə, 2014-cü ildən 2017-ci ilədək müttəhimlər şəhər rəhbərliyi adından saxta sənədlər və satış müqavilələri tərtib edərək ümumi sahəsi 55.000 kvadratmetrdən çox və dəyəri təxminən 270 milyon rubl(təxm. 4 milyon 251 min dollar və ya təxm. 7 milyon 227 min AZN) olan bələdiyyə və federal mülkiyyətdə olan üç torpaq sahəsini cinayət yolu ilə ələ keçiriblər.
İstintaq zamanı görülən tədbirlər nəticəsində torpaq sahələri əsl sahiblərinə qaytarılıb.  Üzdəniraq deputat və tanışı haqqında isə Rusiya CM-nin xüsusilə böyük həcmdə dələduzluq və cinayət yolu ilə mülkiyyəti ələ keçirməklə bağlı müvafiq maddələri ilə cinayət işi qaldırılıb.

Gununsesi.org

COMMENTS