Rusiyada koronavirusa yoluxanların sayında rekord artış var – Putin isə...

  • By admin
  • 28 Mart 2020 12:26
Rusiya Prezidenti Vladimir Putin iki-üç ay ərzində koronavirusa qalib gələcəklərini bildirib.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, Putinin dedikləri ilə ölkəsində virusa yoluxanların sayı heç də bir-birinə uyğun gəlmir. Rusiyada son 24 saat ərzində 196 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə virusa yoluxanların sayı 1036 nəfərə çatıb. Dörd nəfər isə virusdan dünyasını dəyişib.
Putin isə çıxışı zamanı, “Həkimlər koronavirusla ciddi şəkildə mübarizə aparırlar. Biz onlardan tez-tez məlumatlar alırıq. Həkimlər 2-3 ay içində virusun qarşısını alacaqlarını bildiriblər. Mən isə daha tez virusun məhv ediləcəyini düşünürəm”-deyib.
Qeyd edək ki, ölkədə martın 28-dən aprelin 5-nə qədər bütün restoran və kafelər bağlanması ilə bağlı qərar verilib. Paytaxt Moskvada da böyük parkların hamısı qapadılıb.

Gununsesi.org