Rusiyada koronavirusa yoluxanların sayı 5 400 nəfərə çatır

  • By admin
  • 05 Aprel 2020 15:09

Rusiyada son sutka ərzində koronavirusa daha 658 nəfər yoluxub.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahından bildirilib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 389 nəfərə çatıb, 45 nəfər ölüb. Xəstəxanalarda müalicə edilən 355 nəfər sağalıb.

“Bu gün Rusiya Federasiyasının 79 regionunda koronavirus infeksiyasına 5 389 yeni yoluxma qeydə alınıb. Son gün ərzində 22 nəfər sağalıb. Bütün dövr ərzində sağalanlar 355 bəfərdir.

Son bir gündə Moskvada 2 pasiyent öldü. Rusiya üzrə ölənlərin ümumi sayı 45 nəfərdir”, – qərargahın xəbərində deyilir.

 

 

Gununsesi.org