Rusiyada koronavirusa qarşı peyvəndin sınağına başlanılıb

  • By admin
  • 18 İyun 2020 14:53

Rusiyada COVID-19-a qarşı peyvəndin sınağına start verilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Koronavirusa qarşı peyvəndin ilk dəfə Burdenko adına hospitalda 18 könüllü üzərində sınaqdan keçirildiyi bildirilib.

Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi akademik Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birgə koronavirusa qarşı yerli istehsal olan vaksin preparatının sınağına başlayıb.

 

 

Gununsesi.org