Rusiyada azərbaycanlı tələbənin qətli ilə bağlı açıqlama - RƏSMİ

  • By admin
  • 15 İyun 2020 13:45

Azərbaycanın Rusiyadakı səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Gununsesi.org-un xəbərinə görə, bununla bağlı səfirliyin mətbuat xidmətindən APA-ya məlumat verilib:

“13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat səfirliyə daxil olan kimi tərəfimizdən dərhal ölkənin İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə, cari ilin 14 iyun tarixində səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

 

Gununsesi.org