Rusiyada Azərbaycan vətəndaşları acınacaqlı durumdadır – ÇIXILMAZ VƏZİYYƏT YARANIB - FOTOLAR

  • By admin
  • 19 May 2020 11:53

Rusiyanın Voloqda vilayəti üzrə xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində yerləşən Azərbaycan vətəndaşları acınacaqlı vəziyyətdədirlər.

Belə ki, Voloqda vilayətinin mərkəzində, Belyayev küçəsi 21a-da ünvanında yerləşən, müxtəlif millətlərdən olan 13 nəfərdən üçü Azərbaycan vətəndaşıdır.

Bir neçə aydır ki deportasiya üçün saxlanılan azərbaycanlılar – İmişli rayon sakini, 31 yaşlı Hüseynov Fərid Nadir oğlu, Gəncə şəhər sakini, 37 yaşlı Mamedov Raul Zakir oğlu və Ağdaş rayon sakini, 49 yaşlı Yusifov Adıgözəl Mansur oğludur.

Onlaroxu.az-a bildirib ki, karantin səbəbindən onların deportasiyası uzadılıb:

“Mərkəzin rəhbərliyi əvvəl sənədləri, sonra da pandemiya ilə əlaqədar karantin rejimini bəhanə edərək, bizi burada dözülməz vəziyyətdə saxlayır. Sizdən xahiş edirik, bizə kömək edin. Burada vəziyyət o qədər ağırdır ki, insanlar özlərinə qəsd edirlər”.

 

 

 

Gununsesi.org