Rusiyada Azərbaycan kartofu kəskin BAHALAŞIB – 1 kilosu 5 manat

  • By admin
  • 23 İyun 2020 17:31
Rusiyanın Uzaq Şərqdə yerləşən Vladivostok şəhərində Azərbaycan kartofu kəskin bahalaşıb.
Gununsesi.org Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırda bazarlarda Azərbaycan kartofunun kilosu 200 rubl (5 manat) civarındadır. Bahalaşmanın Çinlə sərhəddin bağlanmasına görə Vladivostok vilayətində ərzaq qıtlığının yatanması ilə bağlı olduğu bildirilir.
Yük daşımalarında yaranmış problem vilayətin iri və kiçik sahibkarlıq subyektlərinin yeni idxal bazarları axtarımasına səbəb olub. Hazırda Vladivostoka kartof Azərbaycan və Misirdən gətirilir. Məsafənin uzaq olması daşınma xərclərinin artmasına və nəticədə qiymətlərə öz təsirini göstərib.
“Çinlə sərhədlər bağlı olduğu üçün Azərbaycan, Krasnodar və Misirdən kartof alırıq. Topdan satış qiyməti yüksəldiyi üçün pərakəndə satışda da bahalıq hiss olunur. Amma məsələnin qısa müddətdə həllini gözləyirik”.
Hazırda Vladivostok şəhərinin “Remi”, “Samberi”, “Freş” və s. ərzaq şəbəkələrində kartofun 1 kilosu 50-70 rubl arasında dəyişsə də, Azərbaycan kartofu ən baha qiymətə 200 rubla qədər qiyməyə satılır.
Gununsesi.org