Rusiyada ağır yol qəzası, 5 ölü

  • By admin
  • 23 Fevral 2020 09:03

Rusiyanın Kalmıkiya Respublikasında beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesiaz.info-nun Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, insident respublikanın Çernozemel rayonunun ərazisində, Komsomolski-Artezian avtomobil yolununun 25-ci kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər zərər çəkib. Onlardan beşi dünyasını dəyişib.

Ölənlər arasında uşaq yoxdur.

Qəzanın baş vermə səbəbləri müəyyən edilir.

 

 

 

Gununsesiaz.info