Rusiya XİN ölkə vətəndaşlarını bu dövlətlərə səfər etməməyə çağırıb

  • By admin
  • 27 Fevral 2020 09:04

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına bir sıra dövlətlərə səfərlərdən imtina etməyi məsləhət görüb.

Gununsesi.org bildirir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir.

Rusiya XİN ölkə vətəndaşlarına koronavirus infeksiyasının yayılması səbəbindən İran, Koreya və İtaliyaya səfər etməmək məsləhət görür. Həmçinin, XİN həmin ölkələrdə olan vətəndaşlarından əlaqə məlumatlarını olduqları ölkədəki Rusiya səfirliyinə telefon və ya elektron poçtla təqdim etməyi istəyib.

Gununsesi.org