Rusiya vətəndaşı “Qırmızı Körpü”də saxlanıldı

  • By admin
  • 24 Avqust 2019 13:54

Gürcüstandan gələn, Rusiya vətəndaşının idarə etdiyi “VAZ-21114” markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Gununsesi.org-un məlumatına görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd “Samsung Galaxy S9+” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org