Rusiya və Pakistanın Xarici İşlər Nazirlikləri Türkiyənin Suriyada başladığı “Sülh Çeşməsi Hərəkatı”na münasibət bildiriblər.
Gununsesi.org Türkiyə KİV-nə isitnadən xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov rəsmi
Ankaranın narahatlığını başa düşdüklərini deyib:
“Suriya böhranının əvvəlindən Türkiyənin davamlı olaraq sərhədlərinin təhlükəsizliyi barədə narahatlığını başa düşürük. Eyni zamanda bu narahatlığın 1998-ci ildə Dəməşq və Ankara arasında “Adana müqaviləsi” əsasında aradan götürülməli olduğunu dəfələrlə vurğulamışıq. Bu, hər iki tərəf üçün əlverişli vasitədir”.
Pakistanın Xarici işlər nazirinin sözçüsü Muhammed Faysal Türkiyəni dəstəklədiklərini bildirib:
“3,5 milyondan çox Suriyalı qaçqına ev sahibliyi edən Türkiyəni humanist addımlarına görə təbrik edirik və türkiyənin bölgədəki təhlükəsizlik qayğılarını başa düşürük. Türkiyə də Pakistan kimi terror qurbanı olmuş ölkələrdən biridir”.
Gununsesi.org