Rusiya kosmosa 20 siçan göndərir

  • By admin
  • 25 May 2020 13:08
Rusiya 2025-ci ildən sonra kosmosa bioloji peyk buraxmağı planlaşdırır.
Gununsesi.org xəbər verir ki, bunu “Ria Novosti”yə açıqlamasında Rusiya Elmlər Akademiyasının Tibbi Bioloji Problemlər İnstitutunun sədrinin müavini Vladimir Sıçev deyib. O, kosmosa buraxılacaq “Vozvrat MKA” peykinin sərnişinlərinin 20 siçan olacağını bildirib. Sıçev siçanların 200 min kilometr yüksəkliyə göndəriləcəyini və orada təxminən 1 ay keçirəcəklərini deyib.
Sədr müavini peykin yaradılması ilə hazırda Proqres raket-kosmik mərkəzin məşğul olduğunu bildiirb.
Gununsesi.org